“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Barselona”da birlikdə çalışdığı argentinalı Lionel Messinin səviyyəsindən danışıb.
Apasport.az saytının məlumatına görə, ispaniyalı mütəxəssis PSJ-nin hücumçusunu dünyanın ən yaxşısı adlandırıb.
Onun fikrincə, heç kim Leo səviyyəsində ola bilməz: “Messinin taxtını ələ keçirməyə çalışanlara yazığım gəlir. Əminəm ki, bu mümkün deyil. Messi ən yaxşısıdır. Meydanda mükəmməl oyunçunun etməli olduğu hər şeyə qadirdir. Üstəlik, bunu üç gündən bir göstərir”.
Qeyd edək ki, Lionel Messi 7 dəfə “Qızıl top” mükafatına yiyələnib. Argentinalı bu mövsüm PSJ-nin heyətində 17 oyunda 11 qol vurub, 13 məhsuldar ötürmə verib.
- Abdullah Zubir: “Qarabağ”la Çempionlar Liqasında oynamaq istərdim”
- Ardaya “Mançester Siti”dən 100 milyon avroluq nəhəng təklif
- İlkay Gündoğan “Qalatasaray” iddialarına son nöqtəni qoydu
- Millimiz Moldova ilə heç-heçə edib
- "Kəpəz" azarkeşlərinin Adil Şükürova münasibəti necədir? - Özü açıqladı - VİDEO