Meydana it girdi - oyun yarımçıq qaldı
29.09.2023 - 12:01
Meksika çempionatında maraqlı anlar yaşanıb.
Apasport.az saytı xəbər verir ki, ikinci divizionun oyunu itin meydana çıxması səbəbindən yarımçıq qalıb.
"Alebries Oksaka" - "Dorados" matçı 4:0 hesabı ilə ev sahibi komandanın xeyrinə başa çatmaq üzrəykən “çağırılmamış qonaq” meydana daxil olub. Tez topa sahib olan “balaca dostumuz” onu geri vermək istəməyib. Təhlükəsizlik işçiləri onları yaxına buraxmayan heyvana yaxınlaşmaq üçün çox çalışmalı olub. Uzun fasilədən sonra qarşılaşmanı başa çatdırmaq mümkün olub.
- Premyer Liqa: Lider turu 3 xalla başa vurub
- Cüdo üzrə kişilər arasında Liqa yarışının II turu keçirilib
- Avropa Kuboku: “Qarabağ” rəqibinə məğlub olub - YENİLƏNİB
- Qurban Qurbanov: “Hər səhvə görə istənilən futbolçumuzu göndərsək, kollektivimiz dağıla bilər” - MÜSAHİBƏ
- AVF rəsmisi beynəlxalq matça təyinat alıb
0
0