Miçel yenidən “Olimpiakos”da
21.09.2022 - 14:34
Avropa Liqasında “Qarabağ”ın rəqibi olan “Olimpiakos”un baş məşqçisi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, bunu Yunanıstan klubunun mətbuat xidməti açıqlayıb.
Pirey təmsilçisini Miçel Qonsales çalışdıracaq. 59 yaşlı mütəxəssis 2013-15-ci illərdə də “Olimpiakos”a rəhbərlik edib.
“Real” və İspaniya millisinin sabiq futbolçusu Yunanıstan klubunu 91 matça çıxarıb. Bu oyunlarda 65 qələbə qazanan pireylilər 11 heç-heçə edib və 16 dəfə uduzub.
Qeyd edək ki, “Olimpiakos” – “Qarabağ” oyunu oktyabrın 6-da baş tutacaq.
- Mourinyodan sürpriz qərar: İrfan Canı əsas qapıçı kimi görür
- Avarçəkənimiz Türkiyədə iki medal qazanıb - VİDEO
- Azərbaycan milli komandası EYOF-a möhtəşəm start verib
- "Çelsi"nin baş məşqçisi Qurban Qurbanov haqda: "17 il ardıcıl eyni klubu çalışdırmaq heyrətamiz bir şeydir"
- "Beşiktaş"ın maraqlandığı forvard "Seltik"də
0
0