"Milan" hücum xəttini gücləndirməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, A seriyası təmsilçisi Almaniya Bundesliqasında çıxış edən "Ştutqart"ın hücumçusu Sehru Quirassiyə elçi düşüb.
İtalyanlar Qvineya millisinin də şərəfini qoruyan futbolçunu yanvarda heyətə cəlb etmək istəyir. “Rossonyeri” 27 yaşlı futbolçunun müqaviləsində yer alan 17 milyon avronu ödəməklə bu arzusunu yerinə yetirə bilər. Futbolçunun "Nyukasl" və "Mançester Yunayted"in də maraq dairəsində olduğu iddia olunur.
Qeyd edək ki, bu mövsüm 13 matçda meydana çıxan Quirassi 18 qol və 2 məhsuldar ötürməyə imza atıb.
- “Neftçi”dən azarkeşlərinə şad xəbər: KUBOK MATÇINA GİRİŞ PULSUZ OLACAQ
- İstanbulda “Qalatasaray”a şok: “Dinamo” ilk xalını qazandı - YENİLƏNİB
- III MDB Oyunları: Azərbaycan çövkən üzrə millisi yarışa inamlı qələbə ilə başladı
- Parataekvondoçularımız Roma Qran-prisində çıxış edəcəklər
- PSJ-də yeni müqavilə