Milli üzvü Premyer Liqada klubunu dəyişir
17.08.2022 - 11:32
“Çelsi”nin hücumçusu Kallum Hadson-Odoi klubunu dəyişə bilər.
Apasport.az saytının məlumatına görə, 22 yaşlı futbolçu İngiltərədə başqa komandaya keçməyə yaxındır.
Çünki “Nyukasl” milli komandanın üzvünü transfer etməyə çalışır. Londonlular gənc oyunçusunu yalnız icarəyə verməyə razıdır. Danışıq müsbət nəticələnsə, Kallum mövsümün sonuna qədər “sağsağanlar”da icarə əsasında çıxış edəcək.
Qeyd edək ki, “Çelsi”nin yetirməsi olan Kallum Hadson-Odoinin “zadəganlar”la müqaviləsi 2024-cü ilə qədərdir.
- Lebonun ardından o da "Araz-Naxçıvan"a gəlmədi - Yüksək maaş problemi
- Klopp DÇ oyununu bəyənmədi - “Yardım matçına oxşayırdı ”
- “Araz-Naxçıvan” mövsümün son oyunlarını bu stadionda keçirəcək
- Tahir Gözel: "Məğlubiyyət qorxulu deyil, bütün çempionlar uduzur"
- Fabian Ramos: "Heç nə qazanmamaq faciədir" - MÜSAHİBƏ
0
0