Millinin baş məşqçisinə DÇ-2026-ya qədər etimad
06.06.2023 - 16:20

Danimarka milli komandasının baş məşqçisi Kasper Yulmannın taleyinə aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, bunu Danimarka Futbol İttifaqı açıqlayıb.
Qurum mütəxəssislə müqaviləni uzadıb. 51 yaşlı çalışdırıcı ilə yeni anlaşma DÇ-2026-nın sonuna qədər postunda qalacaq.
Yulmann 2020-ci ilin avqustunda millidə işə başlayıb. Onun yetirmələri 2021-ci ildə baş tutan AVRO-2020-də yarımfinala qədər irəliləyib.
Qeyd edək ki, Danimarka yığması bu ay AVRO-2024-ün seçmə mərhələsində Şimali İrlandiya və Sloveniya ilə üz-üzə gələcək.
- Yeniyetmələr arasında üçüncü LANDAU Şahmat Festivalının açılış mərasimi keçirilib
- Luis Suaresdən həmyerlisinə məsləhət: “Mənim kimi axmaq olma”
- Xeyriyyə fondu Mbappeyə təşəkkür etdi
- Türkiyə millisi Paris 2024-ün 1/4 finalına vəsiqə qazanıb
- Azərbaycanın Macarıstandakı səfiri millimizin üzvləri ilə görüşüb
0
0