Millinin hücumçusu klubunu dəyişir
25.04.2023 - 14:56
Almaniya millisinin futbolçusu Niklas Fülkruq klubunu dəyişməyə yaxındır.
Apasport.az saytının məlumatına görə, “Verder”in 30 yaşlı hücumçusu Mönhenqladbax “Borussiya”sına keçə bilər.
Transferin yayda reallaşacağı gözlənilir. Bremen klubu forvard üçün 20-25 milyon avro almaq istəyir. Hücumçu İtaliya və İngiltərədən də təkliflər alıb.
Qeyd edək ki, DÇ-2022-nin üç oyununda 2 qol vuran Fülkruq Bundesliqanın 28 matçında 16 dəfə fərqlənib.
- "Kür-Araz" evdə, "Qaradağ Lökbatan" səfərdə qalib gəlib
- Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib - FOTO
- AFFA menecerlər üçün təkrar imtahan keçirib
- Taekvondo üzrə məşqçi-müəllimlərin seminarı başladı
- Boksçularımız beynəlxalq turnirdə 1 qızıl və 2 gümüş medal qazanıblar
0
0