"Yuventus" və Fransa futbolunun əfsanələrindən olan Mişel Platini "La Gazzetta dello Sport"a açıqlama verib.
Apasport.az xəbər verir ki, Platini "qoca sinyoranın" yeni 10 nömrəsi Kenan Yıldız haqqında danışıb.
O, gənc futbolçu haqqında bu sözləri deyib:
"Kenan mənim kimi 10 nömrə olsun, yaradıcı olsun. O, Bellingem, Zidan, Messi kimi ulduzlardan ilham alır. Özümü deyə bilmərəm, çünki məni futbol oynayarkən izləməyib. "Yuventus" və onun üçün ən yaxşısını arzulayıram".
Qeyd edək ki, keçdiyimiz günlərdə Turin təmsilçisi 19 yaşlı türklə müqavilə müddətini 2029-cu ilə qədər uzadıb və komandanın 10 nömrəli futbolkasını ona təqdim edib.
- III MDB Oyunları: Avarçəkənlərimiz yarışı dörd medalla başa vurublar
- Azərbaycanın stolüstü tennisçiləri Latviyada beynəlxalq turnirinin qalibi olublar
- Şahruddin Məhəmmədəliyev: "Rəqiblərimiz çox ciddi komandalar idi" - Müsahibə
- “Qarabağ” – “Rakuv” cütünün qalibinin rəqibi - “Aris”
- "Səbail" heyətini yeni futbolçu ilə gücləndirib