Misirin baş məşqçisi od püskürdü: "Bizi bura niyə çağırmısınız?"
07.07.2026 - 23:19
Misirin baş məşqçisi od püskürdü: "Bizi bura niyə çağırmısınız?"

Misir millisinin baş məşqçisi Hossam Həsən DÇ-2026-nın 1/8 finalında Argentinaya məğlubiyyətdən sonra hakimliyi sərt tənqid edib.

Apasport.az xəbər verir ki, mütəxəssis 2:3 hesablı məğlubiyyətdən sonra oyunun nəticəsinə etiraz edib.

“Sizə çox açıq bir şey deyəcəyəm. Dünya çempionatı marketinq sektoruna çevrilib. Messinin turnirlə vidalaşmasını istəmədilər. Ona görə də bu gün matçda ədalət yox idi. Biz bu gün meydanda Argentinadan daha yaxşı idik. Amma meydandan kənarda uduzduq.

Nəticəsi əvvəlcədən bəlli olan matç idi, hakim ədalətsiz idi. Argentinanı dünya çempionu etməyə bu qədər həvəslisinizsə, onda digər komandaları niyə bura çağırmısınız?” - deyə Hossam Həsən bildirib.

Qeyd edək ki, Misir 1/8 finalda Argentinaya 2:3 hesabı ilə uduzaraq mundialla vidalaşıb.