Misir millisinin futbolçusu Mostafa Ziko DÇ-2026-nın 1/8 finalında Argentinaya məğlubiyyətdən sonra hakim idarəçiliyindən narazılığını bildirib.
Apasport.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi 2:3 hesablı məğlubiyyətdən sonra sərt açıqlama verib.
“Təbriklər, Argentina. Dünya çempionatının ssenarisi onsuz da əvvəlcədən yazılıb. Ona görə də hakimə və başqa faktorlara ehtiyacları yox idi. Hakim çox ədalətsiz idi. Nə isə... Allah bizə yetər. Bir millətin əməyini oğurlayırlar. Kubok Argentinaya verilsin”, - deyə Ziko bildirib.
Qeyd edək ki, Ziko Misirin Argentinaya 2:3 hesabı ilə uduzduğu oyunda komandasının 2-ci qolunu vurub.
- Futzal üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin püşkü atılıb
- FTB Argentina Futbol Assosiasiyasının prezidentini Nyu-York aeroportunda saxlayıb
- "Liverpul" PSV-nin hücumçusu ilə maraqlanır
- Parataekvondoçularımız Qran-pri və dünya çempionatında mübarizə aparacaq
- I Liqa: "Şəfa” xal itirdi, “Mingəçevir”dən darmadağın - YENİLƏNİB