Mitroviç üçün 55 milyon avro
16.08.2023 - 21:27

“Əl-Hilal”ın transfer etmək istədiyi hücumçulardan biri bəlli olub.
Apasport.az saytının məlumatına görə, Səudiyyə Ərəbistanı təmsilçisi Aleksandr Mitroviçin xidmətində maraqlıdır.
“Fulhem”in hücumçusunun keçidi bu yay gerçəkləşə bilər. Ərəblər transfer üçün 55 milyon avro ödəməyə razıdır. 28 yaşlı serbiyalı İngiltərəni Asiyaya dəyişməyə razılıq verib.
Qeyd edək ki, Mitroviç 2018-ci ildən “Fulhem”də çıxış edir.
- Kamandan oxatma üzrə ölkə birinciliyi və çempionatı keçiriləcək
- FİFA Hakimlər Komitəsinin rəhbəri: “Göyərmiş gözü isə dəhşətli bir kadr idi”
- AFFA-nın yeni prezidenti Rövşən Nəcəf oldu - YENİLƏNİB
- Diniyev asist etdi, komandası qələbə qazandı - VİDEO
- “Kəpəz”in legioneri: "Mənim səhvim də komandanın psixoloji durumuna təsir etdi"
0
0