Modriç DÇ-2026-da oynamaq istəyir
19.08.2024 - 17:53

Yarımmüdafiəçi Luka Modriç Xorvatiya millisindən ayrılmaq istəmir.
Apasport.az xəbər verir ki, sentyabrda 39 yaşı tamam olacaq futbolçu millinin növbəti toplanışına çağırılıb.
Məlumata görə, Modriç hələ milli komandadakı çıxışını dayandırmaq barədə düşünmür.
Mənbənin sözlərinə görə, yarımmüdafiəçi 2026-cı ildə keçiriləcək növbəti dünya çempionatında Xorvatiya yığmasında oynamaq arzusundadır.
Qeyd edək ki, 2026-cı ildə keçiriləcək dünya çempionatı zamanı Luka Modriçin 40 yaşı olacaq.
- Millimizin oyunçusu: “Ən azı martadək zirvədəki yerimizi qoruyacağıq”
- İdmançımız atçılıq üzrə beynəlxalq yarışda 2 medal qazanıb
- Arif Əsədov: "Vinisiusun ulduz futbolçu profili daha parlaqdır"
- “Neftçi” Emin Mahmudovu mükafatlandırıb
- I və II Liqada oktyabrın ən yaxşı qolunun müəllifləri mükafatlandırılıb
0
0