Modriç “Real”da qalacaq
23.10.2023 - 21:36
Luka Modriç “Real”dakı taleyinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, bunu İspaniya klubunun icraçı direktoru Xose Sançes açıqlayıb.
O, xorvatiyalı yarımmüdafiəçinin qış transfer dönəmində “Real”dan ayrılacağı ilə bağlı xəbərlərə aydınlıq gətirib. Klub rəsmisi bildirib ki, Modriç üçün heç bir Səudiyyə Ərəbistanı klubu ilə əlaqə saxlanılmayıb: “Lukanın qış transfer dönəmində Səudiyyə Ərəbistanına keçidi şayiədir. Belə bir qərar qəbul edilməyib”.
Qeyd edək ki, 38 yaşlı yarımmüdafiəçi 2012-ci ildən “kral klubu”nda çıxış edir.
- Arif Əsədov “Neftçi”yə təyinatı barədə danışdı
- Taekvondoçumuz Avropa çempionatında 3-cü yeri tutub
- “Quba”nın baş məşqçisi: “Başqa çıxış yolumuz yoxdur, mübarizə aparacağıq”
- "Məncə, nəticə belə olmalı deyildi, bu cür oyunları uduzmalı deyilik" - MÜSAHİBƏ
- Vadim Abdullayev: “Oyunlar bu düşüncələri darmadağın etdi” - MÜSAHİBƏ
0
0