"Monako" polşalı qolkiperlə müqavilə yeniləyib
21.05.2024 - 11:17
"Monako"nun polşalı qapıçısı Radoslav Majeçki Fransa çempionatının cari mövsümünün gümüş mükafatçısı ilə müqavilə yeniləyib.
Apasport.az xəbər verir ki, qapıçının klubla müqaviləsi 2028-ci ilin ortalarına qədər uzadılıb.
Majeçki 2020-ci ilin qışından "Monako"da çıxış edir.
Cari mövsümdə polyak futbolçu bütün turnirlərdə 15 oyun keçirib, 14 qol buraxıb. 7 görüşdə isə qapısını toxunulmaz saxlamağı bacarıb.
- “Qəbələ”nin üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirilib
- "Arsenal" "Bavariya"nın futbolçusunu transfer etmək istəyir
- Vojislav Stankoviç: "Bura niyə gəldiyimizi yaxşı bilirik"
- "Neftçi" - "Zirə" matçının hakimləri açıqlanıb
- Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnirə start verilib
0
0