“Monako”nun müdafiəçisi “Mançester Yunayted”in hədəfində
27.04.2023 - 17:31
“Mançester Yunayted” yay transfer pəncərəsində müdafiəçi almağa qərar verib.
Apasport.az saytının məlumatına görə, İngiltərə klubu Vandersona elçi düşüb.
Premyer Liqa təmsilçisi 21 yaşlı futbolçu üçün “Monako”ya təklif göndərəcək. 2022-ci ilin yanvarından “Knyazlıq klubu”nda çıxış edən braziliyalı mövsümün 34 matçında 1 qol vurub və Avropanın aparıcı klublarının da maraq dairəsinə düşüb.
Qeyd edək ki, Vandersonun transfer qiyməti 18 milyon avro ilə dəyərləndirilir.
- Neymar "Barselona"ya qayıdır? - Meneceri açıqladı
- "Böyük Dəbilqə": Rəcəbov və Bağırov növbəti mərhələdə, Kokauri mübarizəni dayandırıb
- Azərbaycan Karate-Do Federasiyasının prezidentinin vəfat səbəbi açıqlanıb
- Latviya Virsliqasının prezidenti Peşəkar Futbol Liqasının qonağı olub
- "Yuventus"dan antirekord
0
0