Montelladan istefa açıqlaması - “Getməyəcəyəm”
25.06.2026 - 03:06
Montelladan istefa açıqlaması - “Getməyəcəyəm”

Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella ABŞ-la oyun öncəsi istefa iddialarına münasibət bildirib.

Apasport.az xəbər verir ki, italiyalı mütəxəssis postundan ayrılmaq fikrində olmadığını açıqlayıb.

Montella futbolçuların və federasiya rəhbərliyinin ona dəstək verdiyini bildirib:

“Futbolçular məni dəstəkləyir. Prezident məni dəstəkləyir. Türkiyəni ardıcıl turnirlərə apardım. Ürəyimi ortaya qoydum. İstefa etməyimi gözləyən varsa, bunu qəbul etməlidir. Çünki istefa etməyəcəyəm”.

Qeyd edək ki, Türkiyə millisi DÇ-2026-nın D qrupunda ABŞ-la qarşılaşacaq. Komanda ilk iki turda Avstraliya və Paraqvaya məğlub olub.