Morata gəldiyi yerə geri dönür
20.07.2025 - 19:27
"Qalatasaray"ın "Milan"dan icarəyə götürdüyü Alvaro Morata İtaliyaya qayıdacaq.
Apasport.az xəbər verir ki, "Komo" ispaniyalı hücumçunun keçidini həll edib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
İstanbul nəhəngi 6 aylıq müqaviləsi qalan 32 yaşlı forvardın gedişindən 6 milyon avro gəlir əldə edəcək.
Qeyd edək ki, "Qalatasaray" Alvaro Moratanı bu ilin fevral ayında icarəyə götürüb. İspaniya millisinin kapitanı "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 16 rəsmi matçda 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
- Azərbaycanın iki boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
- Bakıda çövkən üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Sənan Abdullayev: "Bu mövsüm də heç bir sponsorla anlaşa bilməmişik"
- Ronaldo: "Messi dünya çempionluğuna layiqdir!"
- Serbiya millisinin AVRO-2024 üçün heyəti müəyyənləşib
0
0