"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo klubu tərk edə bilər.
Apasport.az xəbər verir ki, bu barədə "Todofichajes" məlumat yayıb.
62 yaşlı mütəxəssislə Braziliya millisi maraqlanır. Daha əvvəl yığmanın baş məşqçi vəzifəsi üçün Karlo Ançelotti və Xosep Qvardiolanın da namizəd olduğuna dair xəbərlər yazılmışdı.
Mourinyo 2024-cü ilin yayından "Fənərbaxça"nı çalışdırır. Portuqaliyalının əvvəlki iş yeri 2021-ci ildən 2024-cü ilin yanvarına kimi rəhbərlik etdiyi "Roma" olub.
Mourinyo əvvəllər "Benfika", "Portu", "Çelsi", "Real", "İnter", "Tottenhem" və "Mançester Yunayted"ə də baş məşqçilik edib.
- Azərbaycanı Avropa çempionatında təmsil edəcək güləşçilərin adları açıqlanıb
- Yeqor Xvalko: "Qarabağ" kimi komandalara qarşı oynayanda böyüyürsən"
- Millimiz FİFA reytinqində irəlilədi
- 4-cü Avropa Gimnastikası “Challenge”i tədbiri keçirilib
- "Sabah"ın baş məşqçisi: "Bizə mümkün rəqiblər arasında ən çətini düşdü"