Mourinyo onu da göndərir
14.07.2025 - 20:50
“Fənərbaxça” futbolçusu Miha Zayç ilə vidalaşmağı planlaşdırır.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisinin Portuqaliyadakı təlim-məşq toplanışına aparılmayan yarımmüdafiəçi gələcək mövsüm üçün kollektivdə düşünülmür.
İddiaya görə, 31 yaşlı sloveniyalı oyunçu Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası ilə şəxsi razılıq əldə edib.
O, ötən mövsümü icarə əsasında Fransa “Tuluza”sında keçirib.
Qeyd edək ki, Miha Zayç 2019-cu ildən “Fənərbaxça”da çıxış edir.
- Günün matçları bu kanallarda - Siyahı
- Georgiyevski Emin Mahmudov səsləndi: “Kapitan kimi onlara deməlisən ki...” - MÜSAHİBƏ
- “Qəbələ”nin rəqibi: “Qrupa düşmək istəyirik”
- Paris-2024: Qızıl və bürünc medal qazanan parataekvondoçularımız vətənə dönüb - FOTO
- "Qalatasaray"dan "İnter"ə 30 milyon avroluq təklif
0
0