“Bavariya”nın yarımmüdafiəçisi Camal Musiala “Leyptsiq”lə yoxlama oyununda istidən özünü pis hiss edib və huşunu itirib.
Apasport.az xəbər verir ki, qarşılaşma Münhen təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Hadisə 83-cü dəqiqədə, 23 yaşlı futbolçunun komandasının üçüncü qolunu vurmasından qısa müddət sonra baş verib. Musialanın vəziyyətinin pisləşdiyini komanda yoldaşı İsmail Saybari vaxtında görərək onu tutub.
Həkimlərin müdaxiləsindən sonra Musiala meydanı tərk edib. Onun əvəzinə Bara Ndiaye oyuna daxil olub.
Almaniya mətbuatının məlumatına görə, ilkin müayinənin nəticələrinə əsasən, futbolçunun səhhətində ciddi problem aşkarlanmayıb.
- Yunis Hüseynov: "Qarabağ"dan qələbə gözləyirəm"
- "Barselona”nın sabiq futbolçusu karyerasını bitirib
- Qurban Qurbanov: Üç gün sonra "Səbail"lə oyunda nə qədər azarkeş olacağını görəcəyik"
- Jotanın həyatını itirdiyi qəza yerindən - VİDEO
- Zaur Həşimov: “İndidən deyə bilərik ki, "Qarabağ" "Linkoln" səddini keçəcək" - MÜSAHİBƏ