Nabi Keytanın yeni klubu müəyyənləşib
10.12.2024 - 16:14
Macarıstanın “Ferentsvaroş” klubu heyətini Bundesliqada çıxış edən futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komanda “Verder”dən Nabi Keytanı icarəyə götürüb. 29 yaşlı yarımmüdafiəçi 1 il “Ferentsvaroş”da çıxış edəcək.
Müqaviləyə futbolçunun satınalma variantı da daxil edilib.
Qeyd edək ki, Keyta daha əvvəl “Liverpul”un heyətində Çempionlar Liqasının qalibi olub.
- Seçmə komandamız beynəlxalq yarışda iştirak edəcək
- Mingəçevirdə daha 4 təmsilçimiz medal qazanıb: 1 qızıl, 1 gümüş, 2 bürünc
- Ayxan Abbasov: “Hələ işin başlanğıcındayıq”
- UEFA İcraiyyə Komitəsinin üzvü: "Azərbaycan futbolu üçün investisiya yatıracağıq"
- “Qalatasaray” “Qarabağ”ın futbolçusu ilə maraqlanır
0
0