"Napoli" "Barselona"nın transfer hədəfini əldə etmək istəyir
19.04.2024 - 15:36

İtaliya A Seriyasında çıxış edən "Napoli" “Betis”dən Qvido Rodriqesi transfer etmək istəyir.
Apasport.az “Mundo Deportivo”a istinadən xəbər verir ki, yarımmüdafəçi ”Napoli”dən başqa”Barselona”nın da radarındadır. Mənbənin məlumatına görə, “Barselona”nın Rodriqesi almaqla bağlı qərarını yekunlaşdırsa, transferi təmin etmək şansı “Napoli”dən daha çox olacaq.
“Transfermarkt” portalı futbolçunun dəyərini 24 milyon avro olaraq qiymətləndirir.
Qeyd edək ki, 30 yaşlı Qvido cari İspaniya çempionatında iştirak etdiyi 24 oyunda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
- "Qəbələ"nin hücumçusu: "Qəbələdəki şərait Antalyadan geri qalmır" - Müsahibə
- “Araz-Naxçıvan”ın Çempionlar Liqasındakı oyunlarının təqvimi açıqlanıb
- “Səbail”in legioneri əməliyyat olundu
- Autsayder "Zirə"yə, "Sumqayıt" "Şamaxı"ya qalib gəldi - YENİLƏNİB
- Vanhazebruk: "Qarabağ"ın etdiyini biz edə bilmirik"
0
0