Mövsümün əvvəlində icarə əsasında "Fənərbaxça"ya keçən Allan-Sen Maksimenin adı qış transfer pəncərəsində "Napoli" ilə hallanırdı.
Apasport.az xəbər verir ki, sənədləşmə işləri vaxtında tamamlanmadığı üçün fransız futbolçunun transferi son anda ləğv edilib.
"Napoli"nin idman direktoru Covanna Manna ilk dəfə Maksimenin uğursuz transferindən danışıb:
"Son dəqiqəyə qədər razılaşma əldə etməyə çalışdıq, lakin "Əl-Əhli" və "Fənərbaxça"nın tələblərini yerinə yetirə bilmədik".
Bu mövsüm "sarı-lacivərdli" forma ilə 24 rəsmi oyuna çıxan Maksimen bu matçlarda 3 qol vurub, 4 məhsuldar ötürmə edib.
- "Beşiktaş" daha bir legioneri ilə yollarını ayırdı
- Boksçumuz Avropa Oyunlarını bürünc medalla başa vurdu - FOTOLENT
- "Formula 1" pilotları və komandaları Bakı Şəhər Halqasında hazırlıqlara başlayıblar
- Millimizdən ardıcıl ikinci məğlubiyyət - YENİLƏNİB
- "Neftçi" futbolçuları ilə müqaviləni artırıb, icarəyə verdi