
Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann "Bayer"in Bundesliqada erkən çempion olmasına münasibət bildirib.
Apasport.az xəbər verir ki, mütəxəssis komandanı və məşqçilər heyətini təbrik edib.
"Bayer bu mövsümün ən yaxşısı idi və bu ada tam layiq idi. Xabi Alonsonun əl işi açıq-aydın görünür: oyunçular vahid, daha taktiki intizamlı, fiziki cəhətdən daha güclü və eyni zamanda, matçda daha çevik və yaradıcı oldular" - deyə Naqelsmann Almaniya Futbol Federasiyasının rəsmi saytına açıqlama verib.
Qeyd edək ki, aprelin 14-də "Bayer" 29-cu turun “Verder”lə oyununda (5:0) qalib gəlib və turnirin bitməsinə 5 tur qalmış ölkə çempionatının turnir cədvəlində birinci yeri təmin edib. Çempionluq titulu Bayer üçün komandanın 120 illik tarixində ilk olub.
- “Fənərbaxça” son anda məğlub oldu: ÇL-də günün nəticələri - YENİLƏNİB
- “Panatinaikos” məğlub oldu, Fatih Terim əsəbiləşdi
- PSJ-nin prezidenti: “Superliqanın yaradıcılarına yazığım gəlir”
- Yay Olimpiya Oyunları: İdmançılarımızın bugünkü proqramı başa çatıb
- Siyasət Əsgərov: "Monteneqro ilə oyunda hücum xəttində problemlər yaşadıq"