Naynqolan İtaliya klubunda
27.01.2023 - 09:38
Belçika millisinin sabiq futbolçusu Raca Naynqolanın taleyinə aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, “Antverpen”in yarımmüdafiəçisi karyerasını İtaliyada davam etdirəcək.
34 yaşlı futbolçu “Spal”a keçəcək. O, B seriyası təmsilçisi ilə mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalayacaq. Əvvəllər də İtaliyada çıxış etmiş Naynqolan “Kalyari”, “Roma” və “İnter”də oynayıb.
Qeyd edək ki, Raca cari mövsümdə 18 görüşdə 3 qol vurub.
- Ramin Quliyev: "Neftçi"də mövsümün gedişindəki uğurlu seriyanı saxlasaydı, fərqli alınardı" - MÜSAHİBƏ
- Messi ilə komanda yoldaşı olacaq
- Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yeni mövsümə start verilir
- Tarix belə şey GÖRMƏMİŞDİ: Autsayderin “sıfırlar”ı
- Stolüstü tennis üzrə turnir yekunlaşdı
0
0