Neymar koronavirusa yoluxub
08.06.2025 - 11:41
Neymar koronavirusa yoluxub

“Santos”un futbolçusu Neymar koronavirusa yoluxub.

Apasport.az xəbər verir ki, bu barədə “Globo” nəşri məlumat yayıb. Neymar 3 gündür məşqlərə qatılmır. O, evdə müalicəsini davam etdirir.

Qeyd  edək ki, Neymar bu ilin yanvarında “Santos”a qayıdıb. O, komanda ilə 14 matça çıxıb.