Neymar ZƏDƏLƏNDİ
05.09.2026 - 15:35
Braziliyanın "Santos" klubunun heyətində ciddi itki baş verib.
Apasport.az xəbər verir ki, komandanın aparıcı oyunçularından olan Neymar sıradan çıxıb.
Bu barədə "Ge Globo" nəşri məlumat yayıb.
Ulduz futbolçunun ayaq əzələsində yırtıq aşkarlanıb. 34 yaşlı vinger təxminən 2 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Neymar cari mövsümdə "Santos"un heyətində meydana çıxdığı 24 rəsmi matçda 8 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
- Boksçularımız beynəlxalq turnirdə 14 medal qazanıb
- Avropa Olimpiya Komitəsinin Rusiya və Belarusla bağlı qərarı dəyişmədi
- İdman jurnalistləri arasında intellektual yarış keçirilib
- Almaniya klubundan 15 milyonluq transfer
- Premyer Liqada debüt, “Qarabağ”ın yeni transferi ilə dostluq və Tovuz azarkeşi - MÜSAHİBƏ
0
0