Nigeriyalı hücumçu "Trabzonspor"u istəyir
08.07.2024 - 12:28
Ötən mövsüm "Trabzonspor"un heyətində icarə əsasında oynayan Pol Onuaçu uğurlu çıxışı ilə yadda qalıb.
Apasport.az xəbər verir ki, "Qara dənizlilər" hücumçunun birdəfəlik transferi üçün "Sauthempton"la danışıqlar aparır.
İngilislər Onuaçu üçün 15 milyon avro istəsə də, "Trabzonspor" məbləğin aşağı salınmasını istəyib. Hazırda transfer məbləği ilə bağlı danışıqlar davam edir.
Nigeriyalı hücumçu özü də komandasına kariyerasını Türkiyə klubunda davam etdirmək istədiyini bildirib.
Qeyd edək ki, Onuaçu ötən mövsüm "Trabzonspor"un heyətində 25 oyunda17 qolun müəllifi olub.
- AFFA “İmişli”nin şikayətini təmin etməyib
- "Fənərbaxça" serbiyalı yarımmüdafiəçi ilə maraqlanır
- Rahid Əmirquliyev: “Premyer Liqada qalıb, kuboku da ala bilsəydik, çox yaxşı olardı” - MÜSAHİBƏ
- Avstraliya millisi baş məşqçisi ilə vidalaşdı
- Bakıda gənc futbolçular üçün yeni təlim-hazırlıq mərkəzi yaradılacaq
0
0