İspaniya millisinin futbolçusu Niko Uilyams DÇ-2026-da qazandıqları çempionluqdan sonra açıqlama verib.
Apasport.az xəbər verir ki, 24 yaşlı vinger komanda daxilində hər kəsin eyni məqsəd uğrunda çalışdığını bildirib.
"Düşünürəm ki, bunun əsl mənasını hələ tam dərk etmirik. Amma çox xoşbəxtik. Bu, inanılmaz hissdir. Hamı bura komandaya kömək etmək üçün gəlib. Heç kim özünü ulduz saya bilməz. Hamımız bu komanda üçün çalışırıq.
Bu mövsüm ən dibə düşdüm, cəhənnəm kimi günlər yaşadım. İndi isə sanki cənnətdəyəm. Bu il yaşadıqlarımdan sonra bu, həyatımın ən xoşbəxt günüdür".
Qeyd edək ki, İspaniya millisi dünya çempionatının finalında Argentinanı əlavə vaxtda 1:0 hesabı ilə məğlub edərək ikinci dəfə dünya çempionu olub.
- Tahir Gözel: "Məğlubiyyət qorxulu deyil, bütün çempionlar uduzur"
- “Viktoriya”nın hücumçusu: “Qarabağ”la matçda bu imkan böyük motivasiyadır”
- "Kayrat"ın baş məşqçisi: "Qarabağ" "Benfika" ilə oyunda hər şeyin mümkün olduğunu sübut etdi"
- "Sabah"ın basketbolçusu Çempionlar Liqasının rəmzi komandasına seçilib
- Bakıda “SUP turniri” keçiriləcək