Norveçli hücumçu “Fənərbaxça”dan vaxt istəyib
16.12.2025 - 13:36
“Fənərbaxça” qış transfer dönəmində heyətini yeni hücumçu ilə gücləndirmək istəyir.
Apasport.az xəbər verir ki, İstanbul klubunun əsas hədəfi “Atletiko”nun forvardı Aleksander Sörlotdur. Bu barədə “Sabah” nəşri məlumat yayıb.
“Fənərbaxça” rəsmiləri Sörlotun meneceri ilə görüşüb. Norveçli hücumçunun nümayəndəsi futbolçunun durumu ilə bağlı vaxt istəyib.
Belə ki, Sörlotun üstünlüyü “Atletiko”da qalmaqdır. O, baş məşqçi Dieqo Simeonedən əsas heyətlə bağlı təminat alsa, Madriddə qalacaq.
Norveçli futbolçu bu mövsüm La Liqada 16 oyunda 4 qol vurub.
- “Fənər”in futbolçusu ölkəsinə qayıda bilər
- Goranboyda kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
- Millimizin sabiq forvardı: “Azərbaycan millisi daim qol imkanları yaratmalı, qol vurmalıdır”
- TFF qərar verdi: "Matçlara 1 dəqiqəlik sükutla başlanılacaq"
- Türklər Renat Dadaşovdan razı deyil: "Neftçi" variantı
0
0