"Nottingem Forest"də yeni hücumçu
01.02.2024 - 18:53
"Nottingem Forest" hücum xəttini gücləndirib.
Apasport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Portuqaliya "Sportinq"indən hücumçu Rodriqo Ribeyronu heyətə cəlb edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Razılaşmaya əsasən 18 yaşlı gənc portuqaliyalı mövsümümn sonuna kimi ingilis təmsilçisinin uğurları üçün çalışacaq. Komanda mövsümün sonunda forvardı daimi əsaslarla da transfer etmək hüququna malik olacaq.
Bu mövsüm Ribeyro "Sportinq"in əvəzedici komandasında 10 oyun keçirən futbolçu aktivinə 2 qol və 1 məhsuldar ötürmə yazdırıb.
- "Neftçi" və "Sabah" yüksək məbləğdə cəzalandırıldı, Bojoviç isə...
- Millətlər Liqasının final turnirinin yeri dəqiqləşdi
- Qurban Qurbanov: “Rahat olmalı deyilik ki, hər şey alınır”
- Murad Musayev: "Keçən ilki "Sabah"ı unutmaq lazımdır. Artıq o "Sabah" olmayacaq... "
- Los-Anceles 2028 üçün: Parataekvondoçularımız Nürnberqdə yarışacaq
0
0