“Nyukasl” 80 milyon avroya müdafiəçi alacaq
27.08.2024 - 21:22
“Nyukasl” müdafiəçi Mark Quehinin transferi ilə bağlı “Kristal Pelas”la razılığa gəlməyə yaxındır.
Apasport.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
“Sağsağanlar” İngiltərə millisinin futbolçusu üçün 80 milyon avrodan çox pul ödəyə bilər. 24 yaşlı futbolçunun “Kristal Pelas”la müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
“Çelsi”nin yetirməsi bu mövsüm İngiltərə Premyer Liqasında iki oyun keçirib və qol vura bilməyib. Quehi 2024-cü il Avropa çempionatında İngiltərə yığmasının əsas oyunçularından olub.
- PSJ-nin yeni hədəfi: 100 milyon avro...
- Ayyub Allaş: “O oynamasaydı, növbəti mərhələyə adlayacaqdıq” - MÜSAHİBƏ
- Sergey Yakiroviç: "Rəqibin hücum xətti güclüdür, müdafiələrini isə sabah görəcəyik"
- “Neftçi”nin məşqçi və futbolçu heyəti üçün seminar keçirilib
- “Qalatasaray”ın yarımmüdafiəçisi üçün 40 milyon avro
0
0