"Nyukasl" Guimaraeşi 93 milyon avroya buraxa bilər
22.04.2024 - 16:53
"Nyukasl" yayda yarımmüdafiəçisi Bruno Guimaraeşi buraxa bilər.
Apasport.az xəbər verir ki, "Nyukasl" rəhbərliyi ilə futbolçunun Çempionlar Liqasında iştirak edən klublarla danışıqlar aparmasına icazə veriləcəyi barədə razılığı var.
Klub braziliyalı yarımmüdafiəçini 93 milyon avroya buraxmağa razı olacaq.
Xatırladaq ki, Guimaraeş 2022-ci ilin yanvarından Fransanın “Lion”undan transfer olunduğu “Nyukasl”da çıxış edir. Bu mövsüm Bruno İngiltərə Premyer Liqasında 4 qol vurub və 6 məhsuldar ötürmə edib.
- Azərbaycan UEFA reytinqində geriləyib
- Şahruddin Məhəmmədəliyev: "Azarkeşlərin milli komandanın oyunlarına gəlməməsi öz günahımızdır" - Müsahibə
- Bakıda badminton üzrə beynəlxalq turnirə start verilib - FOTO
- “Quba” heyətini yeni oyunçu ilə gücləndirib
- III MDB Oyunları: Azərbaycan atıcısı gümüş medal qazanıb - FOTO
0
0