"Nyukasl" Liqa Kubokunun ilk finalçısı oldu
01.02.2023 - 02:01
İngiltərə Liqa Kubokunun ilk finalçısı bəlli olub.
Apasport.az xəbər verir ki, bu, "Nyukasl Yunayted" olub.
Səfərdə Premyer Liqanın autsayderi "Sauthempton"a 1:0 qalib gəlmiş "Nyukasl" bu dəfə rəqibini öz meydanında minimal hesabla məğlub edib – 2:1.
Qeyd edək ki, "Nyukasl"ın finaldakı rəqibinin adı sabah rəsmiləşəcək. "Old Traford"da "Mançester Yunayted" səfərdə 3:0 qalib gəldiyi "Notinqem Forest"lə cavab görüşünə çıxacaq.
- Heydər Əliyevin xatirəsinə həsr olunmuş həndbol üzrə beynəlxalq turnir keçiriləcək
- Dünya nəhəngləri gənc ispaniyalı ilə maraqlanır
- Antoni İspaniya klubunda - rəsmi
- Meşvildişvili Olimpiadanı bürünc medalla başa vurub
- Estoniya millisinin baş məşqçisi: “Azərbaycanla matçda xallarımızı qazanmağa çalışacağıq”
0
0