Obameyanq üçün 27 milyon
15.08.2022 - 23:10

“Barselona” daha bir hücumçusunu satmağı qərara alıb.
Apasport.az saytının məlumatına görə, İspaniya nəhəngi Pyer-Emerik Obameyanqın satışından qazanc əldə etmək niyyətindədir.
Bu, ağır maliyyə durumunu yaxşılaşdırmağa xidmət etməlidir. Bu ilin fevralında azad agent kimi “Barselona”ya qoşulan oyunçunun satışından 27 milyon avro əldə olunması gözlənilir.
Qeyd edək ki, Robert Levandovskinin transferindən sonra Obameyanq ikinci plana keçib.
- “Kəpəz” uduzdu, "Sabah" qalib gəldi - YENİLƏNİB
- Azərbaycanı Balkan Kubokunda təmsil edəcək gimnastlar müəyyənləşib
- "Beşiktaş"ın ulduz futbolçusu millinin şəraitini bəyənmədiyi üçün komandasından ayrılıb
- İkardidən "Qalatasaray"lılara şad xəbər: Tarix bəlli oldu
- "Sabah"ın baş məşqçisi: "Bazel"lə oyun gənc futbolçular üçün təcrübədir"
0
0