Osimhenə Premyer Liqadan növbəti müştəri
27.03.2025 - 14:51
“Nottingem Forest” heyətini gücləndirmək niyyətindədir.
Apasport.az xəbər verir ki, klub icarə əsasında “Qalatasaray”da çıxış edən “Napoli”nin nigeriyalı forvardı Viktor Osimhenin xidmətində maraqlıdır.
“Nottingem Forest” 26 yaşlı hücumçu uğrunda mübarizədə “Mançester Yunayted” və PSJ ilə yarışacaq. İngiltərə təmsilçisi İtaliya klubuna 75 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, “Qalatasaray” Osimheni ötən ilin sentyabrında “Napoli”dən icarəyə götürüb.
- George Anton: "Zirə" ilə müqayisədə “Şerif”in avrokuboklarda böyük təcrübəsi var" - Müsahibə
- Futbolçu qırmızı vərəqə aldı, baş məşqçinin hücumuna məruz qaldı - VİDEO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- "Arsenal" – "Bayern" matçı bu kanalda
- Qara Qarayev: "Millidə olmamağımın üzüntüsünü yaşayıram"
0
0