“Çelsi”nin futbolçusu Mixail Mudrik maraqlı açıqlamaları ilə diqqət mərkəzinə düşüb.
Apasport.az saytı xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi ingilis klubuna gəldiyi ilk günlərdə komandanın soyunub-geyinmə otağında yer olmadığı üçün formasını dəhlizdə geyindiyini açıqlayıb.
Ukraynalı futbolçunun sözlərinə görə, o, bu “mövqe”də tək olmayıb: “Mənimlə yanaşı, Noni Madueke də eyni durumda idi. Bunun səbəbi isə London klubun heyətinin çox geniş olmasıdır”.
Mudrik matçlardan öncə keçirilən iclaslarda da hər kəsin oturmadığını, bir neçə futbolçunun yerdə əyləşdiyini deyib.
Qeyd edək ki, bu ilin əvvəlində Donetsk “Şaxtyor”undan “zadəganlar”ın heyətinə cəlb edilən futbolçu 27 matçda iştirak edərək, 10 qol və 9 assistlə yadda qalıb.
- "Qarabağ"ın prezidenti: Avropada yeni tarixlər yazmaq üçün mübarizə aparacağıq
- Millətlər Liqası: İspaniyadan qələbə, San Marino C Liqasında - YENİLƏNİB
- “Molde”nin baş məşqçisi: "Qarabağ" çox güclü komandadır”
- Ev sahibindən erkən bilet- ABŞ 1/16 finalda
- Valdas Dambrauskas: “Öz kimliyimiz, öz tərzimiz yaranıb”