Paketanın satılacağı qiymət açıqlandı
17.08.2023 - 15:41
“Vest Hem” futbolçusu Lukas Paketanı satacağı qiyməti açıqlayıb.
Apasport.az saytının məlumatına görə, İngiltərə klubu hücumameylli yarımmüdafiəçi üçün 85 milyon funt sterlinq tələb edir.
Bu, futbolçunun müqaviləsində göstərilən sərbəstqalma məbləğidir. Elə bu üzdən də “Mançester Siti”nin braziliyalı üçün təklifi qəbul olunmayıb. Paketanin müqaviləsi gələn ilin yayında başa çatacaq.
Qeyd edək ki, Lukas ötən yay “Lion”dan 51 milyon funt sterlinqə transfer olunub.
- Şahruddin Məhəmmədəliyev: "Milli komandada oynamaq mənim üçün fəxrdir" - Müsahibə
- Dünya çempionatında Azərbaycanı 9 taekvondoçu təmsil edəcək
- “Borussiya”nın futbolçusu seçim qarşısında
- İngiltərə - Azərbaycan matçının stadionu dəqiqləşib
- Stolüstü tennisçimizin dünya rekordunu yeniləmək cəhdi uğurlu alınıb
0
0