Panamalı müdafiəçi “Beşiktaş”da - RƏSMİ
06.02.2026 - 22:41
“Beşiktaş” müdafiə xəttini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, “qara qartallar” Fransanın “Marsel” klubunda çıxış edən Amir Murilyonu transfer edib.
Bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, “Beşiktaş” 29 yaşlı panamalı sağ cinah müdafiəçisi ilə 2,5+1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Amir Murilyo bu mövsüm Liqa 1 təmsilçisinin heyətində keçirdiyi 25 rəsmi oyunda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0