
Yunanıstan təmsilçilərindən "Panatinaikos"a yeni baş məşqçi təyin edilib.
Apasport.az xəbər verir ki, yunan klubu uruqvaylı Dieqo Alonsanı baş məşqçi postuna gətirib.
49 yaşlı məşqçi ilə 2 illik müqavilə imzalanıb.
O, daha əvvəl "Sevilla", Uruqvay Milli Komandası və "İnter Mayami" kimi komandaları çalışdırıb.
Xatırladaq ki, 2023-2024-cü il mövsümünə serb məşqçi İvan Yovanoviçlə başlayan "yaşıl-ağlar" dekabrda Fatih Terimi komandaya rəhbər təyin etdi. Mövsümü 56 xalla 4-cü pillədə başa vuran Fatih Terim "Panatinaikos"la 26 rəsmi matçda 14 qələbə, 6 heç-heçə və 6 məğlubiyyət qazanıb.
70 yaşlı türkiyəli Yunanıstan Liqasında çempionatın pley-off mərhələsi başa çatmadan komandadan ayrıldı və kubokun final matçında iştirak etmədi.
- “Qəbələ” və “Şamaxı” yoldaşlıq oyunları keçiriblər
- "Azərreyl" heyətini serbiyalı voleybolçu ilə gücləndirib
- İlham Yadullayev: "Sumqayıt" Samir Abasovun sayəsində yüksəliş dövrünü yaşayır" - MÜSAHİBƏ
- “Aston Villa” 3 xalı 1 qolla qazandı
- "Fənərbaxça" qərarını verdi: Yeni transferlərdən 2-si Avropada oynayacaq