Yunanıstanın PAOK klubu baş məşqçi Razvan Luçesku ilə yollarını ayırdığını rəsmən açıqlayıb.
Apasport.az xəbər verir ki, tərəflər qarşılıqlı razılıq əsasında əməkdaşlığa son qoyublar.
Rumıniyalı mütəxəssis 2017-2019 və 2021-2026-cı illərdə Saloniki təmsilçisini çalışdırıb.
57 yaşlı baş məşqçi PAOK-un tarixinin ən uğurlu dönəmlərindən birinə rəhbərlik edib. Onun rəhbərliyi altında komanda iki dəfə Yunanıstan çempionu olub, iki dəfə isə ölkə kubokunu qazanıb. Klub açıqlamasında Luçeskunun PAOK tarixində xüsusi yer tutduğunu vurğulayıb.
Qeyd edək ki, PAOK 2025/26 mövsümünü Yunanıstan Superliqasında 3-cü pillədə başa vurub. Bu, Luçeskunun klubdakı son mövsümü olub.