Braziliya millisinin sabiq futbolçusu Aleşandre Pato karyerasını vətənində davam etdirməyə yaxındır.
Apasport.az saytının məlumatına görə, 34 yaşlı hücumçu “San-Paulu”dan təklif alıb.
MLS təmsilçisi “Orlando Siti”də aldığı ağır zədədən sonra bu klubdan ayrılan Pato bərpa prosesini “üçrənglilər”in bazasında keçib. Onun durumundan razı qalan “San-Paulu” forvarda həftəlik 9 min avroya yaxın maaşın nəzərdə tutulduğu müqavilə təklif edib. Tərəflərin yaxın günlərdə anlaşma imzalayacağı gözlənilir.
Qeyd edək ki, “Milan” və “Çelsi”dəki çıxışları ilə də tanınan Pato 2014-15 və 2019-20-ci illərdə “San-Paulu”nun formasını geyinib.
- Samir Abasov: "Dedim ki, çamadanını yığıb rədd olsun" - "Ofsayd"
- Braziliya klubu “Neftçi”nin hücumçusundan imtina etdi
- Avropa Liqası: "Beşiktaş" darmadağınla liqa mərhələsinə yüksəldi - YENİLƏNİB
- "50 gün ərzində 3-cü qızıl medalı qazandığım üçün çox sevincliyəm"
- Azərbaycan atleti Macarıstanda gümüş medal qazanıb