Poçettino ilə danışıqlar başladı
21.04.2023 - 12:33
“Çelsi” yeni mövsüm üçün baş məşqçi axtarışlarını davam etdirir.
Apasport.az saytının məlumatına görə, İngiltərə klubu Maurisio Poçettinonun xidmətində maraqlıdır.
Argentinalı mütəxəssislə danışıqlara da start verilib. 51 yaşlı çalışdırıcı London təmsilçisinin siyahısındakı 5 namizəddən biridir. PSJ-dən ayrıldıqdan sonra işsiz olan Poçettino yenidən Premyer Liqada dönməyin əleyhinə deyil.
Qeyd edək ki, “Çelsi”ni mövsümün sonuna qədər müvəqqəti baş məşqçi Frenk Lempard çalışdıracaq.
- “Barselona”nın qapıçısı əməliyyat olundu
- "Kəpəz" azarkeşlərinə, "Sumqayıt" isə futbolçularına görə ziyana düşüb
- Federasiya prezidenti “Gənc istedadların müəyyənləşdirilməsi və inkişafı” düşərgəsində
- Vinisius Junioru təhqir edən azarkeşlər həbs edildi
- "Neftçi" və "Qarabağ" millimizin forvardı üçün yarışacaq
0
0