Portuqaliya Kuboku: 2-ci liqa komandası Avropa Liqasında!
25.05.2026 - 08:44
Futbol üzrə Portuqaliya kubokunda qalibin adı bəlli olub.
Apasport.az xəbər verir ki, final görüşündə "Sportinq" və "Torrense" qarşı-qarşıya gəliblər.
Oyunun əsas vaxtında qalib müəyyənləşməyib: 1:1.
Əlavə olunan vaxtda 2-ci liqa təmsilçisi "Torrense" daha bir qol vurmağı bacarıb.
Matçda başqa qol olmayıb: 2:1.
Bu sürpriz nəticədən sonra kuboka yiyələnən "Torrense" növbəti mövsüm Avropa Liqasında çıxış etməyə vəsiqə qazanıb.
Qeyd edək ki, aşağı liqa təmsilçisi elitaya yüksəlmək uğrunda mayın 28-i "Kasa Pia" ilə final oynayacaq.
- "Neftçi" Serbiya nəhəngi ilə oynayacaq
- Kaxaber Sxadadze: “Futbolçularımın gördüyü iş yüksək səviyyəlidir”
- Cüdoçular üçün anti-dopinq mövzusunda maarifləndirici seminar keçirilib - FOTO
- Didye Deşam: “Azərbaycan millisində əvvəlki illərlə müqayisədə irəliləyiş var”
- Yığmamızın futbolçusunun Koreya klubuna keçidi rəsmiləşdi
0
0