Premyer Liqa klubu baş məşqçisi ilə vidalaşıb
10.01.2025 - 10:56
Premyer Liqa təmsilçilərindən “Everton” baş məşqçisi Şon Dayşla yollarını ayırıb.
Apasport.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
“Everton”u müvəqqəti olaraq klubun 18 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Leyton Beyns çalışdıracaq.
Qeyd edək ki, Dayş 2023-cü ilin yanvar ayından “Everton”u çalışdırırdı. Komanda hazırda Premyer Liqada 19 oyundan sonra 17 xalla 16-cı pillədə qərarlaşıb.
- "Kəpəz"dən Braziliya klubuna
- Türkiyədə qanunsuz mərc oyunları ilə bağlı 8 nəfər saxlanılıb, “Diyarbekirspor”da araşdırma başlayıb
- Ozan fərqləndi, komandası 1 xal qazandı
- Rail Məlikov: “De Byazinin yerinə xarici məşqçi gətirəcəyiksə, elə özü qalsa yaxşıdır” - Müsahibə
- Premyer Liqa: "Siti"dən kritik xal itkisi
0
0