Premyer Liqa klubu hücumçusunu yenidən icarəyə verdi
30.08.2023 - 11:44
“Vulverhempton”un futbolçusu Qonsalo Qedeş karyerasını Portuqaliyada davam etdirəcək.
Apasport.az saytının məlumatına görə, hücumçu yenidən “Benfika”ya icarəyə verilib.
26 yaşlı portuqaliyalının icarə müqaviləsi 2023/24 mövsümünün sonunadək nəzərdə tutulub. O, son altı ayı da Lissabon təmsilçisində keçirib. “Benfika” Qedeşi yanvarda yarım illik icarəyə götürmüşdü.
Qeyd edək ki, Qonsalo “Benfika”da 15 matçda 2 qol vurub.
- Akademik avarçəkmə üzrə konsept trenajorda federasiya birinciliyi keçirilib
- Millimizin baş məşqçisi: “Bunu üzərinə götürəcək oyunçumuz yoxdur”
- Tovuzda "sülh", “Qarabağ”dan darmadağın - YENİLƏNİB
- Azarkeşləri döyən baş məşqçi futboldan uzaqlaşdırıldı - FOTO
- "Barselona" futbolçusu ilə yeni müqavilə imzalamağa hazırlaşır
0
0