Premyer Liqa klubu PSJ-dən müdafiəçi alır
16.08.2022 - 14:08
PSJ-nin futbolçusu Tilo Kerer karyerasını Premyer Liqada davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, müdafiəçinin transferində “Vest Hem” maraqlıdır.
İngiltərə klubu keçidlə bağlı danışıqlar aparır. 25 yaşlı almaniyalı və agenti ilə görüşən London təmsilçisinin nümayəndələri şəxsi müqavilənin detallarını razılaşdırıb. Keçidin rəsmiləşməsi üçün iki klub arasında razılığın əldə olunmalıdır. Bunun yaxın günlərdə reallaşacağı gözlənilir.
Qeyd edək ki, Tilo ötən mövsümün 34 matçında 2 qol vurub.
- AFFA "Neftçi" və "Zirə"ni cərimələdi
- Nicat Qurbanov: "Bəzi klubların sponsorlarının olmaması ciddi problemdir" - Müsahibə
- Azərbaycan Qran-Prisinin qlobal izləyici kütləsi rekord həddə çatacaq
- "Yuventus" Poqbanı yola sala bilər - SƏBƏB
- Tahir Gözel Azərbaycanın Bolqarıstan və Fransadakı səfirləri ilə görüşüb
0
0