Premyer Liqa klubu satılıb
24.09.2024 - 09:18
Premyer Liqa təmsilçilərindən "Everton"un səhmlərinin böyük hissəsi satılıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, "Blue Heaven Holdings" səhmlərin əksəriyyətini "Friedkin Group"a satıb.
Satışın Premyer Liqa, İngiltərə Futbol Assosiasiyası və Maliyyə Təşkilatı tərəfindən təsdiqlənməsi gözlənilir.
Qeyd edək ki, ötən ilin sentyabrında "Everton"u maliyyələşdirən Fərhad Moşiri öz payını ABŞ-ın "777 Partners" investisiya fonduna satmağa razılaşmışdı.
- Asensio Premyer Liqada - rəsmi
- “Fövqəladə hallar uşaqların gözü ilə” XII Respublika uşaq yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTO
- “Qarabağ” "Braqa" görüşü ilə əlaqədar metronun iş rejimi dəyişdiriləcək
- "Liverpul"dan Nunyesə 100 milyonluq təklif
- Azərbaycanın 13 cüdoçusu Avropa kubokunda mübarizə aparacaq
0
0