Premyer Liqa klubuna əsas namizəd
04.10.2022 - 00:16
“Vulverhempton”un baş məşqçi postuna əsas namizəd bəlli olub.
Apasport.az saytının məlumatına görə, İngiltərə təmsilçisi Ruben Amorimin xidmətində maraqlıdır.
Premyer Liqa klubu hazırda “Sportinq”ə rəhbərlik edən 37 yaşlı mütəxəssisi baş məşqçi postuna gətirmək istəyir. O, istefaya göndərilən Bruno Lajeni əvəzləməlidir. Bunun üçün Portuqaliya klubuna 22,5 milyon avro kompensasiya ödənilməlidir.
Qeyd edək ki, 8 oyunda 6 xal toplayan “Vulverhempton” turnir cədvəlində 18-cidir.
- Komandalarımızın UEFA Konfrans Liqasında potensial rəqibləri müəyyənləşib - YENİLƏNİB
- Millimizin üzvləri Rumıniya çempionu olublar
- Dioqo Balau: “Bəzi Azərbaycan klubları II və III liqa səviyyəsindədir”
- Fərid Qayıbov: "İnanıram ki, AFFA baş məşqçi postuna uğurlu seçim edəcək"
- İsveç millisinin baş məşqçisi istefa verdi
0
0