Premyer Liqa klubunda ciddi itki
28.12.2023 - 11:48
"Brayton" ciddi itki ilə üzləşib.
Apasport.az xəbər verir ki, yaponiyalı yarımmüdafiəçi Kaoru Mitoma zədə səbəbindən 4 həftə yaşıl meydanlarda olmayacaq.
Bu barədə Premyer Liqanın rəsmi saytı məlumat verib. 26 yaşlı hücumçu 18-ci turda "Kristal Palas"la keçirilən görüşdə (1:1) zədə alıb. Futbolçunun bu səbəbdən Asiya kubokunda Yaponiya yığmasına kömək etməsi sual altına düşüb.
Qeyd edək ki, Mitoma çıxdığı 17 matçda 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
- "Arsenal" "Vulverhempton"un yarımmüdafiəçisi uğrunda "Mançester Yunayted"lə yarışacaq
- “Leypsiq”in futbolçusu top klubların marağında
- Azərbaycan tamblinqçiləri Avropa çempionatının final mərhələsində
- Yerdəyişmə olmadı, Azərbaycan mövqeyini qorudu – UEFA reytinqi
- "Milan"ın hücumçusu əməliyyat olunacaq
0
0